Lorem ipsum dolor sit amet, consectet eiusmod tempor incididunt ut labore e rem ipsum dolor sit amet. sum dolor sit amet, consectet eiusmod.
| Mon - Fri: | 8:00 am - 8:00 pm |
| Saturday: | 9:00 am - 6:00 pm |
| Sunday: | 9:00 am - 6:00 pm |







İllik təcrübə
Fatimə Rasim qızı Hacıyeva - 1979-cu ildə Bakıda qulluqçu ailəsində anadan olub.
Əslən qədim Borçalı mahalındandır.
1995-ci ildə Bakıdakı 7 saylı məktəbi əla qiymətlərlə bitirib. Elə həmin il N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakultəsinə daxil olub, 2001-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirib.
2001-2002-ci illərdə F.Əfəndiyev adına xəstəxananın bazasında olan endokrinologiya şöbəsində internatura kecib.
2005-2007-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Mamalıq-ginekoligiya kafedrasında kliniki ordinatura keçib və mama-ginekoloq ixtisası alıb.
2008-ci ildə Elmı Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun (ETMGİ) “Mamalıq“ elm bölməsinə elmi işci vəzifəsinə qəbul olunub.
2008-ci ildə "İnfeksion mənşəli erkən vərdişi düşüklərdə lokal immun göstəricilərin diaqnostik əhəmiyyəti" adlı dissertasiya mövzusu təsdiq edilib. 2013-cü ildə həmın mövzunu müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2017-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul olub.
2017-ci ildə ETMGİ-nin "Mamalıq" elm bölməsinin böyük elmi işçisi secilib.
2019-cu ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent elmi adını alıb.
Elə həmin ilin iyun ayında ETMGİ-nun "Ginekologiya" şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva 2 dərs vəsaitinin, 60-dan cox elmi məqalənin müəllifidir.
İngiltərə, Danimarka, İsveç, Macarıstan, Hindistan və Türkiyənin nüfuzlu jurnallarında elmi əsərləri nəşr olunub.
2011-ci ildə İngiltərənin London şəhərində kecirilən Dünya Mama Ginekilogiya konqresində elmi işinin poster prenzentasiyası "Qızıl medal"a layiq görülüb.
2025-ci ildə Tibb elmləri doktoru elmi adını alıb.




















DrFatima.az 2025 Bütün hüquqlar qorunur